İDEAL PARTİYASININ BAŞKANI NAZİM QULİYEV (NAZİM İDEAL) FACEBOOK SƏHİFƏSİNDƏN:

21-11-2023, 14:59

FACİƏLƏRİMİZİN QARAKƏND SƏHİFƏSİ...
22 nəfər dövlət və ictimai xadimin Şəhid olduğu gün!
1991-ci ilin 20 noyabrında erməni işğalçıları Xocavənd rayonu, Qarakənd kəndi yaxınlığında Azərbaycana məxsus hərbi helikopteri vuruldu!?Şəhid olanlar arasında Dövlət katibi Tofiq İsmayılov, Baş prokuror İsmət Qayıbov, Baş nazirin müavini Zülfi Hacıyev, Dövlət müşaviri Məhəmməd Əsədov, Prezident Aparıtında şöbə müdiri Osman Mirzəyev, millət vəkilləri Vaqif Cəfərov və Vəli Məmmədov da var idi. Qarakənd faciəsi xalqımıza böyük itki yaşatdı. 
Ermənizmin  Azərbaycana qarşı işğalçılığı və terrorçuluğu sayəsində 10 minlərlə oğul və qızımızın həyatına son qoyulub. 
Təsəllimiz odur ki, ermənilərin vaxtilə işğal etdikləri torpaqlarımızın əhəmiyyətli hissəsi 2020-ci ilin 44 günlük savaşında qüdrətli ordumuzun cəsarəti sayəsində işğaldan azad olundu.
Qarakənd faciəsi qurbanlarını və bütün Şəhidlərimizi hörmətlə anırıq. 
Allah  Şəhidlərimizə Rəhmət Etsin🥀


İstifadəçi paneli