PREZİDENT İLHAM ƏLİYEVİN POÇTUNA...

24-11-2023, 00:19

⁉️Ölkəmizdə İnsan və Vətəndaş hüquq və Əsas azadlıqlarının bazisini müvafiqsiz dövlət qurumlarının zombi-debil-harın məə-mırr harınlıqları, rüşvət-korrupsiya-bürokratik sabotaj cəngəlliyi basdığından  çox kiçik problemlərdən bəhs edirəm ki, xəbərdar olub tədbir görəsiniz!

✅1. Azərbaycan Respublikası adından 06 mart 2014-cü il tarixli, 2(103)-1526/2014-cü il tarixli  Bakı Apellyasiya Məhkəməsi tərəfindən çıxarılmış QƏTNAMƏ  9-cu ildir ki, hüquqi dövlət,rüşvət çəlləyində qıcqırmamış vicdanlı məmur axtarışındadır.
9-cu ildir ki, "əsas-ana" qanun hesab edilən AR-sı Konstitusiyasının 129-cu maddəsinin başına müsavatçı şenok kimi namornik salıb "kaş ki,yanımda olaydın" tantrik romansı pupira edilir!?
  158 maddədən ibarət Konstitusiyaya qarşı inkvizisiyaların sərhəddi bilinmir...

✅2.Bakı Şəhəri,Səbail rayonu Şeyx Şamil 17 ünvanından 7500 manat dəyərində əmlak oğurlanmışdı.
8 ədəd oğrunu özüm təsbit edib böyüklərinin iştirakı ilə etiraf məktublarını aldıqdan sonra, DİN-in "qaynar xətt"inə telefon etdim. 
Xalçaçının oğlu Cavid Muradovun başçılıq etdiyi Səbail rayon Polis İdarəsinin 8 nəfər əməkdaşları dərhal hadisə yerinə gəldi və "sonuncu instinkt"in istintaq araşdırmasına uyğun davranış nümayiş etdirməklə yanaşı, oğrulardan bir neçəsinin eyni zamanda narkobaron olduqlarını və elə həmin günü əmlaklarımın qaytarılacağını söz verdilər.
Polisin mahiyyətinə yaxından bələd olduğumdan bildirdim ki:"heç kəsin həbs edilməsi marağımda deyil,əmlakım qaytarılsın vəssalam..."
Sabahısı günü oğrular Mənə telefon açıb azad olduqlarını,oğurladıqları əşyaların dəyərində 7500 manat pulu rəis Cavid Muradova verdiklərini bəyan etdikdən sonra üzr istədilər.
Müstəntiq Şahmuradovla əlaqə saxlayıb vəziyyət barəsində soruşduqda acizanə ifadə etdi ki:"..hər şey rəislikdir...."
Cavidin eyni gündə eyni mahiyyət üzrə fərqli cavab məktublarını təqdim edirəm...
2020-ci ilin avqust ayında baş vermiş oğurluq hadisəsi bu günə kimi hökumət adından davam etməkdədir!
Vətəndaş oğurluq,quldurluq,soyğunçuluq,reketlik cinayətləri üçün kimə?,hara? müraciət etməlidir?
Bəlkəm bu sahələrə yenədə Ramiz Qalinayanlı, Əli Son-ata başçılıq edir(lər)....

✅3.Bakı Şəhəri, 28 may küçəsi 14 ünvanında ofisdən 15.000 manat pul,4 ədəd notebook, kserokopiya,video kameralar,möhürlər və.s, oğurlanmış və faktın araşdırılmasına məsul Nəsimi rayon 22-ci PB-nin təhqiqatçıları Nadir Rzazadə,Emin Qaralov,İdarənin müstəntiqi Mirzəyev Mahmud Şahin oğlu haqq qazandırmışlar.
Paranomik qərarlarla bağlı Sizə və digər orqanlara etdiyim şikayətlər analoji olaraq sabotaj karuselinin sakininə çevrilmişlər.
Polisin qanunsuz və saxta qərarından verdiyim şikayət, Nəsimi  rayon Məhkəməsinim 09 avqust 2021-ci il tarixli, 6(006)-76/2021 saylı  "QƏRAR"l üzrə ləğv edilərək bir nüsxəsini Nəsimi Polisinə,bir nüsxəsini Prokurorluğuna göndərsədə bu günə kimi sahibsiz qanun adlı ölüdən xəbər yoxdur!?

✅4. Kəbirənin müavini, "araz-avia" firmasının Prezidenti Dilşad Əmirovanın saxta etibarnamə,zaminlik müqaviləsindəki imzasını özü təsdiq etsədə, Mənə borclu olduğunu etiraf etsə də illərdir ki, araşdırmaya məsul olan orqanlar "tarixi qərara" imza ata bilmirlər!????
Yasamal,Sabunçu,Səbail,Binəqədinin ardınca, hazırda iş materiallarının Baş Prokurorluğun İstintaq İdarəsində araşdırıldığı bildirilir.

Ölkəmizin bütün icra sferalarında vəziyyət kazusdur!
Bütün sahələr sabirin bazarını xatırladır.Arzulamadığın belə şeyləri də satırlar.
Əvvəllər Özümdə yazılmamış qanunları yazılmış qanunlardan ədalətli hesab edirdim.
Təəssüflər olsun ki, artıq bu sahədə də adını yaza bilməyən namus alverçiləri  bazarlıq etməkdədirlər!?
VƏ cəmiyyətdəki problemləri,çatışmamazlıqları göstərməli olan təsisatlar "analoqsuz yaltaqizm" missiyası ilə yükləndiklərindən status-kvo günbəgün qüruba doğru "inkişaf" etməkdədir!?

İstəyirəm ki,Azərbaycan Vətəndaşları özlərini tam hüquqlu Vətən-Daş kimi hiss etsinlər,çiyinlərini söykəyə biləcək dövlətləri olsun‼️


İstifadəçi paneli