Səudlar Qarabağdan sonra İrəvanla “sülh bağladı”

27-11-2023, 14:04


Ermənistanla Səudiyyə Ərəbistanı arasında diplomatik əlaqələrin qurulması mühüm hadisədir. Amma bu, yalnız Azərbaycan Qarabağı azad edəndən sonra baş verdi.

İDEAL  xəbər verir ki, bu barədə erməni politoloq Suren Surenyants deyib.

“Başqa sözlə desək, səudlar Ermənistanla Qarabağ məsələsi bitəndən sonra “sülh bağladılar”. Eynən AB də bu məsələ tarixə qovuşandan sonra Ermənistanla münasibətləri dərinləşdirməyə başladı. Qarabağ məsələsi Avropa paytaxtlarına da maneə yaradırdı, çünki bu münaqişə çərçivəsində Ermənistanla münasibətlərin inkişafı Azərbaycanla qarşıdurmanı nəzərdə tuturdu ki, bu da nə Ər-Riyadın, nə də Brüsselin gündəmində idi”, - o bildirib.





İstifadəçi paneli