Bu gün metroda ölən kişi məşhur müğənninin atası imiş

29-11-2023, 18:24

Bu gün Bakı metrosunda dünyasını dəyişən şəxs müğənni Çinarə Məlikzadənin atası imiş.

İDEAL  xəbər verir ki, bu barədə aparıcı Hacı Nuran Hüseynov sosial şəbəkə hesabında yazıb.

O, Çinarə ilə fotosunu paylaşaraq, atasının vəfatına görə ona başsağlığı verib:

"Bir gün gələr, bir gün köçər bu dünyadan. Olumlu-ölümlü bu dünyadan daha bir ata köçdü... Xətrini dünyalar qədər istədiyim bir insanın - müğənni Çinarə Məlikzadənin atası Məlik Ağalar oğlu Məlikzadə metroda qəflətən dünyasını dəyişdi".


İstifadəçi paneli