648-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı

3-12-2023, 19:15

Rusiya müharibənin 648-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

İDEAL xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 545 təyyarəsi, 256 helikopteri, 9361 PUA-sı, 442 zenit-raket kompleksi, 13 759 tank və digər zirehli texnikası, 1 187 reaktiv yaylım atəş sistemi, 7 224 artilleriya və minaatanı, 15 876 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.


İstifadəçi paneli