İlham Əliyev növbədənkənar prezident seçkisi təyin edib

7-12-2023, 14:42

Cümə axşamı günü Azərbaycan Prezidenti İlham Əliyev ölkədə növbədənkənar prezident seçkisinin keçirilməsi üçün sərəncam imzalayıb.

İDEAL xəbər verir ki,Prezidentin sərəncamına əsasən növbədənkənar prezident seçkisi 2024-cü il fevralın 7-nə təyin olunub.

Növbədənkənar seçkilərin keçirilmə səbəbləri ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Azərbaycanda sonuncu dəfə prezident seçkisi 2018-ci ildə baş tutub.


İstifadəçi paneli