Oxşar xəbərlər
Bu gün saat 07:50-də Sumqayıtdan Bakıya hərəkət edən sürətli sərnişin qatarında bir neçə dəqiqə gecikmə qeydə alınıb.
ASMEDİA xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları QSC (ADY) məlumat yayıb.
Məlumata görə, buna səbəb Pirşağı dəmir yolu stansiyasının yaxınlığında işarə vermə və rabitə xidmətində nasazlıq yaranmasıdır. Nəticədə işıqforlar qırmızı yanıb.
Hadisənin baş vermə səbəbləri araşdırılır.
Hazırda qatarların hərəkətində heç bir problem yoxdur, onlar qrafikə uyğun hərəkət edir.