Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.
Asmedia.az məktubun mətnini təqdim edir:
“Cənab Prezident, Əziz Qardaşım.
Doğum gününüzü xalqım adından və şəxsən öz adımdan səmimi diləklərimlə təbrik edir, ailənizlə birlikdə Sizə cansağlığı və xoşbəxtlik dolu uzun ömür arzulayıram.
Zati-alinizin rəhbərliyi ilə Azərbaycanın əmin addımlarla əldə etdiyi nailiyyətlər və beynəlxalq miqyasda get-gedə artan nüfuzu bizim üçün iftixarverici hadisədir.
Türkiyə ilə Azərbaycan arasında “İki dövlət, bir millət” şüarına əsaslanan bənzərsiz qardaşlıq və həmrəylik telləri bu günə qədər olduğu kimi, gələcəkdə də münasibətlərimiz baxımından güclü bünövrə təşkil etməyə davam edəcək.
Dəyərli Qardaşım, bu fürsətdən istifadə edərək doğum gününüzü bir daha təbrik edir, Azərbaycan xalqının xoş günləri və rifahı üçün ən səmimi arzularımı ifadə edirəm”.