Putin son qələbəyə qədər gedəcək - Borrell

24-12-2023, 15:04

Rusiya Prezidenti Vladimir Putin genişmiqyaslı təcavüzü tezliklə dayandırmaq niyyətində deyil.

Asmedia.az xəbər verir ki, bunu Avropa Birliyinin (AB) xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell deyib.

“Ukraynada Avropa Birliyinin mövcudluğu təhlükə altındadır. Ona görə də Avropa demokratiyasını təhdid edən böyük gücdən gələn təhlükəyə diqqət yetirilməlidir. Putin son qələbəyə qədər müharibəni davam etdirmək qərarına gəlib”, - Borrell bildirib.


İstifadəçi paneli