Rusiya sürətlə qələbəyə irəliləyir

27-12-2023, 09:52

Rusiya silahlı qüvvələri Ukrayna üzərində qələbəyə doğru irəliləyir.

 Asmedia xəbər verir ki, bu fikirləri Böyük Britaniyanın Birləşmiş Qüvvələrinin keçmiş komandanı, istefada olan general Riçard Berrons deyib.

"Bu münaqişədə təşəbbüs açıq şəkildə Rusiyaya məxsusdur. Ukrayna hərbçilərinin yorucu yay əks-hücumundan sonra heç nəyləri qalmayıb. Əgər Avropa və ABŞ Kiyevi ona lazım olan silah və pulla təmin edə bilməsə, bu, mütləq siyasi uğursuzluq olacaq”, - Berrons bildirib.

General onu da əlavə edib ki, Qərb öncədən bu vəziyyəti gözləmirdi.


İstifadəçi paneli