Respublika Perinatal Mərkəzdən Kliniki Tibbi Mərkəzin Yenidoğulmuşlar şöbəsinə daxil olmuş 15 körpədən 6-nın vəziyyəti ağırdır.
Asmedia xəbər verir ki, bunu Kliniki Tibbi Mərkəzin yenidoğulmuşlar şöbəsinin uzman pediatrı Aysel Qədimova deyib.
Həkim bildirib ki, Kliniki Tibbi Mərkəzə daxil olarkən körpələrdən 8-i reanimasiya, 7-si intensiv nəzarət şöbəsinə yerləşdirilib:
“Onlardan 3-ü hazırda süni tənəffüs aparatında, 3-ü isə CPAP tənəffüs dəstəyindədir. Digər körpələrin də müalicə və müayinəsi davam etdirilir. Onların vəziyyətində ağırlaşma olmayıb”.
Qeyd edilib ki, körpələrdən 6-sı qız, 9-u oğlandır.
***
13:07
Respublika Perinatal Mərkəzindəki yanğından sonra 26 körpə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Asmedia xəbər verir ki, onlardan 11-i KTM-in tabeliyindəki Ə. F. Qarayev adına 2 saylı klinik uşaq xəstəxanasına yerləşdirilib.
Xəstəxananın Patologiya şöbəsinin müdiri Ramin Mahmudov jurnalistlərə açıqlamasında bildirib ki, həmin körpələrdən 5-i oğlan, 6-sı qızdır:
“Körpələr xəstəxanaya daxil olduqlarında vəziyyətləri stabil olub. Onlara bütün lazımi yardımlar göstərilir. Körpələrin vəziyyəti stabildir. Hansısa patologiya görülmür”.
Şöbə müdiri qeyd edib ki, körpələrdən 10-u erkən doğulmuşlardır.
Həkim, həmçinin qeyd edib ki, körpələrdən 2-si hazırda küvəzdə, digərləri isə palatadadır:
“Körpələrin xəstəxanadan evə buraxılması məsələsinə gəlincə isə, bu barədə indidən nəsə demək tezdir. Lazımi müayinə və dəyərləndirmədən sonra bununla bağlı qərar veriləcək. Ümumilikdə körpələrin nəfəsalması ilə bağlı hazırda problem yoxdur”.
Kliniki Tibbi Mərkəzin uzman həkimi, Ginekologiya və Doğum şöbəsinin müdiri Şəhla Abdullayeva isə deyib ki, Perinatal Mərkəzdəki yanğın hadisəsindən sonra Kliniki Tibbi Mərkəzə 15 yeni doğulmuş körpə daxil olub və onlardan 8-i reanimasiya şöbəsinə yerləşdirilib, müalicəsinə başlanılıb.
Həkim bildirib ki, uşaqlardan 6-sı tənəffüs aparatına qoşulub, onlardan üçünün vəziyyəti ağır-stabildir.
O qeyd edib ki, mərkəzə gətirilmiş uşaqlar 27 dekabr – 8 yanvar aralığında doğulanlardır.
***
12:44
Respublika Perinatal Mərkəzində yanğın hadisəsindən sonra şöbəmizə 11 körpə daxil olub. Onlardan 5-i oğlan, 6-sı qızdır.
Asmedia xəbər verir ki, bunu Kliniki Tibbi Mərkəzin uzman həkimi, Patologiya şöbəsinin müdiri Ramin Mahmudov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, körpələr xəstəxanaya daxil olduqlarında vəziyyətləri stabil olub:
“Körpələrə bütün lazımi yardımlar göstərilir. Körpələrin vəziyyəti stabildir. Hansısa patologiya görülmür”.
Şöbə müdiri qeyd edib ki, körpələrdən 10-u erkən doğulmuşlardır.
Həkim, həmçinin qeyd edib ki, körpələrdən 2-si hazırda küvəzdə, digərləri isə palatadadır.
“Körpələrin xəstəxanadan evə buraxılması məsələsinə gəlincə isə, bu barədə indidən nəsə demək tezdir. Lazımi müayinə və dəyərləndirmədən sonra bununla bağlı qərar veriləcək. Ümumilikdə körpələrin nəfəsalması ilə bağlı hazırda problem yoxdur”.