Seçicilərə müvafiq dairə seçki komissiyası tərəfindən qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin verilməsi müddəti sabah başa çatır.
Bu barədə Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim planında qeyd edilib.
Təqvim planına əsasən, vəsiqələr dairə seçki komissiyaları tərəfindən səsvermə gününə 45-25 gün qalanadək, 2023-cü il dekabrın 24-dən 2024-cü il yanvarın 13-dək verilməlidir.
Seçicilər yanvarın 14-də fevralın 4–dək aid olduğu seçki məntəqəsinə müraciət edib qeydiyyatdan çıxma vəsiqəsi ala bilərlər.
Qeyd edək ki, 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçiriləcək. Prezidentliyə namizədliyi qeydə alınan şəxslərin sayı isə 7-yə çatıb.