Paşinyan ölkəsinin müstəqillik aktını yenə tənqid edir

3-02-2024, 12:03

ASMEDİA xəbər verir ki, Sözügedən deklarasiyada ovaxtkı Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) və sovet Ermənistanın qanunverici orqanlarının 1989-cu il unifikasiya aktına istinad var. Müstəqillik aktında həmçinin 1915-ci ildə ermənilərin Osmanlı Türkiyəsində “kütləvi” qırğınının soyqırımı kimi tanınması ilə bağlı beynəlxalq ictimaiyyətə çağırış yer alıb. 1995-ci ildə qəbul olunmuş, hazırda qüvvədə olan Ermənistan konstitusiyasının preambulasında deklarasiyaya istinad olunub.

Paşinyan müsahibəsində deyib ki, bu istinadın yeni konstitusiyadan çıxarılmasını istəyir: “Bu gün deklarasiya ilə münasibətlərimizi, həqiqətən də, nizama salmalıyıq. Sual budur ki, dövlət siyasətimiz buna istiqamətlənməli, bu mesajı rəhbər tutmalıdırmı, Dağlıq Qarabağ Milli Şurasının və Ermənistan Ali Şurasının Qarabağ və Ermənistanın birləşdirilməsi qərarına əsaslanmalıdırmı”.

“Belədirsə,, bu o deməkdir ki, heç vaxt sülhə nail olmayacağıq. Bundan başqa, bu o deməkdir ki, müharibə olacaq”, – baş nazir vurğulayıb.

Paşinyan konstitusiyanı Azərbaycanın təzyiqi altında dəyişmək istəməsi haqda ölkə müxalifətinin iddialarını danmayıb. O deyib ki, Bakı açıq şəkildə bu dəyişikliyi tələb etməklə konstitusiya islahatını gözdən salmaq və nəticədə Ermənistanı zəiflətməyə çalışır.

Baş nazir onu da etiraf edib ki, onun nəzərdə tutduğu yeni konstitusiya Azərbaycanın təcavüzünün qarşısını almaya da bilər.

Paşinyanın siyasi opponentləri və digər tənqidçilər deyirlər ki, onun Bakıya davamlı birtərəfli güzəştləri daha bir müharibə riskini yalnız gücləndirir.

Bakı 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük əməliyyatla Qarabağa nəzarəti bərpa edib. Ancaq tərəflər sülh sazişi imzalamayıb, sərhədlər delimitasiya olunmayıb.

Azərbaycan prezidenti İlham Əliyev isə fevralın 1-də deyib ki, Ermənistan Konstitusiyasında və digər normativ hüquqi sənədlərdə dəyişikliklər edildiyi halda, sülhə nail oluna bilər.


İstifadəçi paneli