BAKIDA İTKİN DÜŞƏN MƏKTƏBLİ TAPILIB

12-02-2024, 11:06

Bakıda itkin düşən məktəbli tapılıb.

ASMEDİA  bildirir ki, bu barədə Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəb məlumat verərək qeyd edib ki, VIII sinif şagirdi hazırda dərsdədir.

Qeyd edək ki, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, A.Gəraybəyli küçəsi ev 31A, mənzil 1-də yaşayan Kəmalə Həsənova fevralın 10-da Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə müraciət edərək bildirmişdi ki, onunla eyni ünvanda yaşayan qızı, 2010-cu il təvəllüdlü, Binəqədi rayonu, 3 saylı tam orta məktəbin 8-ci sinif şagirdi Əsnat Həsənli fevralın 9-da evdən çıxıb geri qayıtmayaraq itkin düşüb.



İstifadəçi paneli