Aprel ayından Nijni Novqoroddan Bakıya uçuşlar başlayacaq

6-03-2024, 17:24

Aprelin 4-dən “İrAero” aviaşirkəti Rusiyanın Nijni Novqorod şəhərindən Bakıya birbaşa müntəzəm reyslər həyata keçirməyə başlayacaq.

AS Media bildirir ki, Nijni Novqorodda Çkalov adına hava limanının Mətbuat Xidmətinin məlumatına görə, təyyarə bu marşrut üzrə həftədə bir dəfə cümə axşamı günləri uçacaq.


İstifadəçi paneli