Oxşar xəbərlər
Rusiya əsirliyində 206 ukraynalı hərbçi həlak olub
Asmedia.az xəbər verir ki, bu barədə “Associated Press” Ukrayna Baş Prokurorluğuna istinadən məlumat yayıb.
Bildirilib ki, həlak olan 206 ukraynalı hərbçidən 50-dən çoxu Donetsk vilayətinin Yelenovka qəsəbəsində yerləşən düşərgəyə endirilən raket zərbəsi nəticəsində ölüb.
Məlumata əsasən, 245 hərbçi isə təslim olduqdan dərhal sonra Rusiya qüvvələri tərəfindən qətlə yetirilib.
Ukrayna Baş Prokurorluğu qeyd edib ki, Rusiya əsirliyində olan ukraynalı hərbçilərə qarşı qeyri-insani rəftar edilir, onlar işgəncələrə məruz qalırlar.