Oxşar xəbərlər
Moskvanın Permskaya küçəsində yerləşən anbar kompleksində yanğın baş verib.
Asmedia.az xəbər verir ki, məlumatı “TASS” agentliyi yayıb.
Bildirilir ki, hadisə nəticəsində iki nəfər həlak olub, bir nəfər isə xəsarət alıb.
Rusiya Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, yanğın artıq tam söndürülüb.
Qeyd olunur ki, binanın yuxarı mərtəbələrindən ümumilikdə 33 nəfər təxliyə edilib.
Yanğının söndürülməsinə 20-dən çox mütəxəssis və 7 texnika cəlb olunub. Alov 30 kvadratmetr sahəni əhatə edib.