Azərbaycan, Türkiyə və Gürcüstan XİN başçıları görüşəcəcək

22-12-2019, 17:27

Dekabrın 23-də Tbilisidə Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri arasında üçtərəfli formatda səkkizinci görüş keçiriləcək.
Xarici İşlər Nazirliyindən asmedia.az-a verilən məlumata görə, görüş zamanı Xarici İşlər nazirləri üçtərəfli əməkdaşlıq gündəliyinə daxil olan müxtəlif məsələlər, eləcə də qarşılıqlı maraq doğuran regional və qlobal məsələlər üzrə muzakirələr aparacaqlar. Görüş çərçivəsində Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarovun həmkarları ilə ikitərəfli görüşlərinin də keçirilməsi nəzərdə tutulur.


İstifadəçi paneli