Oxşar xəbərlər
Türkiyə PUA-ları Liviyanın paytaxtı Tripolini Pantsir-S1 qəbiristanlığına çevirdi.
ASMEDİA.AZ xəbər verir ki, bunu iranlı siyasi ekspert Məhəmməd Pərviz Bilqrami Türkiyə mətbuatına açıqlamasında deyib.
“BƏƏ Haftar muzdlularını çoxlu sayda Rusiya istehsalı Pantsir-S1 zenit raket kompleks sistemləri və Çinə məxus PUA-larla təmin edib. Belə bir dəstəyə baxmayaraq, Haftar heç bir uğur əldə edə bilmədi. Vatiyyə hərbi bazası və Tərhunə əməliyyatlarında Türkiyə PUA-ları Tripolini Pantsir-S1 qəbiristanlığına çevirdi”, - ekspert bildirib.
Qeyd edək ki, Liviyada hökumət qüvvələrinin Haftar üzərində uğur əldə etməsində Türkiyə PUA-larının rolu böyükdür.