Suriya və İraqda döyüşmüş terrorçular Türkiyədə təslim oldular

24-09-2020, 07:37

PKK terror təşkilatının daha beş silahlısı Türkiyənin cənub-şərqi Şirnak əyalətində təhlükəsizlik qüvvələrinə təslim olub.

asmedia.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi bildirib.
Məlumata görə, terrorçular hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən keçirilmiş izahati işi nəticəsində silahı yerə qoyaraq təslim olublar.
Nazirlikdə qeyd ediblər ki, silahlılar Suriyada və İraqda döyüşüblər.
Bildirilir ki, ilin əvvəlindən 162 PKK terrorçusu silahı yerə qoyaraq hakimiyyət orqanlarına təslim olublar.
PKK terrorçuları 1984-cü ildən Türkiyədə sabitliyi pozmaq üçün ölkəni parçalamaq üçün terror aktları təşkil ediblər. Təşkilatın silahlıları tərəfindən Türkiyənin təhlükəsizlik orqanlarının 7 500 əməkdaşı və 6 800 dinc sakini həlak olub.
ABŞ və Avropa İttifaqı PKK-nı terror təşkilatları siyahısına salıb.


İstifadəçi paneli