Xankəndidə təxminən 100 PKK üzvü döyüşür

5-10-2020, 10:00

Xankəndidə Ermənistan tərəfindən 100-ə qədər xarici silahlı döyüşür.
asmedia.az  idealmedia.az-a istinadən xəbər verir ki, bu barədə öz "Twitter" səhifəsində "The Heritage Foundation" nəzdində Ellison Xarici Siyasət Araşdırma Mərkəzinin direktoru Lük Koffi yazıb.
L.Koffi bildirib: "Son vaxtlar xarici silahlıların Dağlıq Qarabağdakı döyüşlərdə iştirakı ilə bağlı bir çox ittihamlar var.
Çox yüksək vəzifəli və məlumatlı bir mənbədən 100-ə qədər xarici silahlının (mənə deyildiyi kimi, bəlkə də PKK) Xankəndidə olduğunu eşitdim. Xarici silahlıların varlığı - pis xəbərdir!"


İstifadəçi paneli