Zakir Həsənov qoşunların döyüş qabiliyyətinin artırılması məqsədilə tapşırıqlarını verib

11-12-2019, 19:27

Dekabrın 11-də Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə 2019-cu tədris ilində Azərbaycan Ordusunun hazırlığının yekunlarına dair Müdafiə Nazirliyi Kollegiyasının geniş iclası keçirilib.

Müdafiə Nazirliyindən Asmedia.az-a verilən məlumata görə, əvvəlcə ümummilli lider Heydər Əliyevin, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İclasda Müdafiə nazirinin müavini - Əlahiddə Ümumqoşun Ordunun komandanı general-leytenant Kərəm Mustafayev Silahlı Qüvvələrin Ali Baş Komandanının tapşırığına əsasən cari il ərzində ordu quruculuğu sahəsində aparılan islahatlar, Azərbaycan Ordusunun döyüş fəaliyyəti, silah və texnika ilə təchizatı, maddi-texniki və tibb təminatı, kadr islahatları, şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığı, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması, həmçinin əldə edilən nailiyyətlər barədə məruzə ilə çıxış edib.


İstifadəçi paneli