“Qenqam”ın futbolçusu qəzada öldü!

4-01-2020, 08:45

            Fransalı futbolçu Natael Julan avtomobil qəzasında ölüb.

  Asmedia.az  RT-nin verdiyi məlumata istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi yanvarın 3-də futbolçu məşqdən qayıdan zaman baş verib.
Qeyd edək ki, 23 yaşlı forvard La-Manşın sahilində Pordikdə avtomobilinin idarəetməsini itirərək qəza törədib.
Julan “Qenqam”a 2018-ci ildə keçib və komandanın əsas heyətinin tərkibində 11 oyun keçirib.


İstifadəçi paneli