“Tobol” klubu Emil Balayevin rəqibi ilə müqaviləni yenilədi

6-01-2020, 13:38

 Futbol üzrə Azərbaycan milli komandasının qapıçısı Emil Balayevin çıxış etdiyi Qazaxıstanın “Tobol” klubu digər qapıçı ilə müqaviləni uzadıb.
Bu barədə Asmedia.az klubun rəsmi “Fctobol” saytına istinadən məlumat verir ki, “Tobol”un yetirməsi olan Sultan Busurmanovla bir illik müqavilə imzalanıb.
Qeyd edək ki, “Tobol”da çıxış edən millimizin üzvü Emil Balayevin komandaya erməni baş məşqçi Qriqori Babayanın gəlişindən sonra Qazaxıstan klubundan ayrılacağı haqda xəbərlər yayılıb.


İstifadəçi paneli