Azərbaycan idmançısı Olimpiadada iştirak edəcək.

9-01-2020, 10:42

Qeyd edək ki, Azərbaycan ilk dəfə yeniyetmələrin Qış Olimpiya Oyunlarında iştirak edəcəkdır.
Asmedia.az xəbər verir ki, İsveçrənin Lozanna şəhərində bu gün açılış mərasimi baş tutacaq yeniyetmə idmançıların Qış Olimpiadasında Azərbaycan bir idmançı ilə təmsil olunacaq.
Bu, rusiyalı legioner fiqurlu konkisürən Yekaterina Ryabovadır. Artıq sabahdan fiqurlu konkisürmə yarışlarına start veriləcək. 16 yaşlı Azərbaycan təmsilçisi isə Olimpiadada mübarizəyə yanvarın 11-də qadınların qısa proqramı zamanı qoşulacaq.
İdmançımız final mərhələsinə vəsiqə qazana bilsə, yanvarın 13-də medal uğrunda mübarizə aparacaq. Həmçinin, həmin gün Yekaterina Ryabova qadınların sərbəst konkisürmə proqramında da yarışacaq.
Məlumata görə, yeniyetmələrin qış Olimpiadası üçüncü dəfə keçirilir. Budəfəki yarışda 79 ölkədən 1792 atlet mübarizə aparacaq. Olimpiada yanvarın 22-də başa çatacaq.


İstifadəçi paneli