AVRO-2020: Azərbaycan yığmasının şərəfini 26 futbolçu qoruyub

21-11-2019, 08:26

Azərbaycan milli komandası AVRO-2020-nin seçmə mərhələsini uğursuzluqla başa vurub.
Apasport.az saytının məlumatına görə, keçirdiyi 8 oyunda cəmi 1 xal toplayan yığmanın şərəfini tsikl ərzində 26 futbolçu qoruyub.
Martda başlayıb, noyabrda başa çatan seçmə mərhələnin qarşılaşmalarında baş məşqçi Nikola Yurçeviç bu qədər oyunçuya güvənib. Bu oyunçulardan yalnız ikisi tsiklin bütün matçlarında meydana çıxıb.
Ramil Şeydayev millinin yeganə əvəzolunmaz simasıdır. Hücumçu 8 görüşün hamısında 90 dəqiqə meydanda olub. Bütün oyunların iştirak edən Qara Qarayev isə dəqiqə baxımından geri qalır. Şəhriyar Rəhimov isə mərhələnin 7 matçında meydana çıxıb.
Bu heyətdə iki qapıçı var ki, onların hərəsi 4 oyunda şans qazanıb. Səlahət Ağayev 12, Emil Balayev 6 qol buraxıb.
Cəmi 5 qol vuran millinin bombardirləri Mahir Emreli ilə Ramil Şeydayevdir. Onlar  hərəyə 2 dəfə fərqləniblər. Bir qol isə Təmkin Xəlilzadənin hesabındadır.
Tsikl ərzində qırmızı vərəqə almayan futbolçularımız 24 xəbərdarlıqla cəzalanıb. Dmitri Nazarov hamıdan çox – üç dəfə önündə sarı vərəqə görüb.
Qeyd edək ki, yığmanın oyunlarında 1 avtoqol vurulub. Pavel Paşayev Uelslə görüşdə öz qapımızı nişan alıb.

FutbolçuODQV (Q)
Ramil Şeydayev872021
Qara Qarayev871801
Şəhriyar Rəhimov761302
Bədavi Hüseynov654001
Anton Krivotsyuk647703
Riçard Almeyda646901
Bəhlul Mustafazadə545001
Maksim Medvedev545003
Dmitri Nazarov540104
Mahir Emreli537320
Araz Abdullayev523300
Ağabala Ramazanov520600
Təmkin Xəlilzadə519112
Emil Balayev4360-60
Səlahət Ağayev4360-120
Pavel Paşayev431500
Cavid Hüseynov417103
Renat Dadaşov47700
Eddi İsrafilov322502
Rəşad Eyyubov310200
Emin Mahmudov35800
Rahil Məmmədov218000
Rüfət Dadaşov2600
Abbas Hüseynov19000
Vüsal İsgəndərli19000
Elvin Camalov14500
O – oyun, D – dəqiqə, Q – qol, V – vərəqə, Q – qırmızı.


İstifadəçi paneli