AVRO-2020-nin seçmə mərhələsində IX tur başlayıb.
Asmedia.az xəbər verir ki,APA-nın məlumatına görə, turun ilk qarşılaşması Türkiyənin İstanbul şəhərində baş tutub.
H qrupunda mübarizə aparan qonşu ölkənin əsas yığması İslandiyanı sınağa çəkib. Qrupun lideri olan “ay-ulduzlular”ın üstünlüyün şəraitində keçən matçda qol vurulmayıb.
Bu qolsuz heç-heçə Şenol Günəşin yetirmələrinə final mərhələsinə vəsiqə qazandırıb. Xal hesabını 20-yə çatdıran Türkiyə 3-cü pillədəki İslandiya ilə dörd xallıq fərqi qoruyub.
Bu, günün digər iki qarşılaşması, həmçinin son turun nəticələrindən asılı olmayaraq “ay-ulduzlular”a ilk iki yerdən birini, həmçinin AVRO-2020-yə vəsiqəni təmin etmək imkanı yaradıb. İslandiyanın xal itkisi türkiyəlilərlə yanaşı, Fransa üçün də sərfəli olub. Son dünya çempionları 3 xal qabaqladıqları və şəxsi oyunlarda üstələdikləri (1:0, 4:0) İslandiya üçün əlçatmaz olublar.
Qeyd edək ki, Türkiyə və Fransaya qədər 6 komanda - Belçika, Polşa, Ukrayna, Rusiya, İspaniya və İtaliya da final mərhələsinə yüksəlmişdi.
AVRO-2020-nin seçmə mərhələsi
IX tur
14 noyabr
H qrupu
21:00. Türkiyə - İslandiya – 0:0
1 | Türkiyə | 9 | 6 | 2 | 1 | 16-3 | 20 |
2 | Fransa | 8 | 6 | 1 | 1 | 21-5 | 19 |
3 | İslandiya | 9 | 5 | 1 | 3 | 12-10 | 16 |
4 | Albaniya | 8 | 4 | 0 | 4 | 14-10 | 12 |
5 | Andorra | 8 | 1 | 0 | 7 | 1-16 | 3 |
6 | Moldova | 8 | 1 | 0 | 7 | 2-22 | 3 |