“Qəbələ” “Zirə”yə, “Keşlə” “Sumqayıt”a qarşı

30-11-2019, 10:17

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 13-cü tura start veriləcək. “Qafqazinfo” xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.
Turun açılış oyunu Qəbələdə keçiriləcək. Burada yerli “Qəbələ” “Zirə” ilə münasibətlərinə aydınlıq gətirəcək. Meydan sahibləri sonuncu pillədən qurtulmaq üçün mütləq qələbə qazanmalıdılar.
Günün digər oyununda “Keşlə” və “Sumqayıt” üz-üzə gələcək.


İstifadəçi paneli