Millətlər Liqası: İspaniya İtaliyaya qalib gəldi

7-10-2021, 09:30

UEFA Millətlər Liqasında dördlər finalının ilk matçı baş tutub.
ASmedia.az xəbər verir ki, son Avropa çempionu İtaliya yığması ilə İspaniya qarşılaşıb.

"San-Siro" stadionunda oynanılan matç ispanların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla İspaniya millisi finala vəsiqə qazanıb.
İspaniya millisinin finaldakı rəqibi bu gün keçiriləcək Belçika - Fransa matçının qalibi olacaq.

Qeyd edək ki, 3-cü yer uğrunda və final oyunları oktyabrın 10-da gerçəkləşəcək.


İstifadəçi paneli