Oxşar xəbərlər
Çin Xalq Respublikasının Qingdao şəhərində keçirilən cüdo üzrə nüfuzlu "Masters" yarışı davam edir.
Asmedia.az-ın məlumatına görə, beynəlxalq turnirin ikinci günü Azərbaycan millisi üçün uğurlu olub.
73 kq çəki dərəcəsində mübarizə aparan Rüstəm Orucov Özbəkistan idmançısı Hikmətilloh Turayevə qalib gəldikdən sonra İsrail cüdoçusu Tohar Butbula uduzub. Təsəlliverici qarşılaşmada kanadalı Artur Margelidonu məğlub edən Azərbaycan cüdoçusu 3-cü yer uğrunda görüşdə Kosovo təmsilçisi Akil Qjakovaya qalib gələrək bürünc medal qazanıb.
Qeyd edək ki, mötəbər yarışda 67 ölkədən 445 cüdoçu mübarizə aparır.
Azərbaycanı beynəlxalq turnirdə 11 cüdoqi ustası (8 oğlan, 3 qız) təmsil edir.