PSJ düşərgəsində gərginlik - Mbappe heyətdən kənarda qaldı

22-07-2023, 10:10

Növbəti mövsüm üçün “Real Madrid” ilə müqavilə imzaladığı iddia edilən Kilian Mbappe  PSJ-də heyətdən kənarda qalıb.

ASMedia.az xəbər verir ki, bu barədə tanınmış jurnalist Fabrizio Romano məlumat yayıb.

O bildirib ki, PSJ fransız futbolçunu Yaponiya düşərgəsinin heyətinə daxil etməyib.

Xəbərə görə, futbolçunun 2024-cü il üçün "Real Madrid"lə müqavilə imzaladığı güman edilir. Heç kimin PSJ-dən böyük olmadığını düşünən fransızların belə bir qərara gəldiyi bildirilib.


İstifadəçi paneli