Depozit və kreditlər üzrə orta faiz dərəcəsi azalıb !

2-01-2020, 19:37

    Azərbaycanda depozit və kreditlər üzrə orta faiz dərəcəsi ötən ilin noyabr ayı ərzindəki nəticələrə  əsasən, aşağı düşüb.
“Asmedia.az”-ın Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi xəbərə görə, hesabat ayında manatla depozitlər üzrə orta faiz 0,24 faiz bəndi azalaraq 9,31%, xarici valyutada isə 0,09 faiz bəndi azalaraq 1,93% təşkil edib.
Hesabatda, 2019-cu ilin dekabrın 1-nə fiziki şəxslərin manat depozitlərində orta faiz dərəcəsi 9,76%, xarici valyutada yerləşdirilən əmanətləri üzrə isə 2,45% aşağı düşüb.
Bu müddətdə manatla verilmiş kreditlərin orta faiz dərəcəsi 14,34%-dən 14,18%-ə, xarici valyutada verilmiş kreditlər üzrə isə 6,69%-dən 6,16%-ə enib.
Hesabatın nəticələrinə əsasən, fiziki şəxslərə xarici valyutada verilmiş kreditlərin orta faiz dərəcəsində 2,74% azalaraq 8,87%, manatla kreditlər isə 0,17% azalaraq 16,96%-ə catıb.
Qeyd edək ki, ilin əvvəlindən fiziki şəxslərə verilmiş kreditlərin orta faiz dərəcəsində kəskin azalma qeydə alınıb. Belə ki, cari il yanvarın 1-nə bu kateqoriyadan olan kreditlər üzrə orta faiz dərəcəsi 14,67% -dən ibarətdir
AMB-nin məlumatına görə, manatla verilmiş banklararası kreditlərin orta faiz dərəcəsi noyabr ayı ərzində 0,02% bəndi azalaraq dekabrın 1-nə 9,16%-ə aşağa düşüb. Xarici valyutada isə bu kreditlərin orta faiz dərəcəsi 0,36% bəndi artaraq 3,40%-ə qədər artıb.



İstifadəçi paneli