“Apple”-nin rekordu !

3-01-2020, 08:08

  Bu ilin məlumatına görə, “Apple”nın səhmlərinin qiyməti  ilk dəfə olaraq 300 dollar həddini keçdi. 
Asmedia.az Financial Times”ın verdiyi xəbərə əsasən, yanvarın 2-də birjalar bağlandıqda ABŞ şirkətinin qiymətli kağızlarının dəyəri 2,3% artaraq, 300,35 dollara yüksəlib. “Financial Times” qəzeti bildirir ki, “Apple”ın bazar kapitallaşması 1,33 trln dollara çatır. Kapitallaşma üzrə ikinci yeri isə 1,23 trln dollarla “Microsoft” tutur. 
Məlumata görə, əvvəllər  “Apple”ın səhmləri 2018-ci ilin avqustunda 200 dolları keçmişdi. Ümumilikdə, 2009-cu ildən şirkətin səhmlərinin dəyəri təxminən on dəfə artıb.
 Buna əsas səbəb 2019-cu ilin sentyabr ayından “Apple” smartfonlarının yeni modellərini satışa çıxarmasıdır; “iPhone 11 Pro”, “iPhone 11 Pro Max”, “iPhone 11” və.s. Yeni qacetların təqdimatından sonra şirkətin kapitallaşması 1 trilyon dolları keçib.



İstifadəçi paneli