Belarus Rusiyadan neft məhsullarının ixracını dayandırdı!

5-01-2020, 16:11

Belarus Rusiyadan neft tədarükünün olmaması şəraitində neft məhsullarının ixracını 2020-ci il yanvarın 1-dən dayandırıb.
 Bu barədə Asmedia.az xəbər verir ki, “Belneftehim” konserninin əmrinə əsasən, bütün markalı benzin, kerosin, reaktiv, dizel və qızdırıcı yağ, aromatik karbohidrogenlər və digər neft məhsullarının daşınması dayandırılıb.
Qeyd edək ki, bundan əvvəl Belarus neft emalı zavodları- “Naftan”  ASC və Mozir Neft Emalı Zavodu Rusiya neft şirkətləri ilə yanvarın 1-dən etibarən neft tədarükü üçün müqavilələrin olmadığını elan etmişdi.


İstifadəçi paneli