Hərbi bazaya raket zərbələrindən sonra neftin qiyməti dəyişdi.

8-01-2020, 16:48

İranın ABŞ bazalarına hücumundan sonra WTI (West Texas Intermediate) markalı neftin qiyməti artıb.
Asmedia.az-ın verdiyi xəbərə görə, WTI markalı neftin qiymətində İranın ABŞ-ın İraqdakı hərbi bazalarına hücumlarından sonra dörd faizə qədər artım nəzərə çarpıb.
Fevral ayına olan fyuçerslərinin qiyməti 3,89% artıb.
Nəticədə bir barel neftin qiyməti 65.14 dollara (təxmiən 111 AZN) çatıb.
Qeyd edək ki, iranlı genaral Qasım Süleymaninin öldürülməsindən sonra da dünya neft bazarında qiymətlər artmışdı.


İstifadəçi paneli