“Apple” koronavirusa görə bu ölkədən başqa hər yerdə mağazalarını bağlayır

15-03-2020, 00:30

Apple” şirkəti koronavirusa görə Çindən başqa bütün dövlətlərin ərazisində yerləşən pərakəndə satış mağazalarını bağlayıb.
Asmedia.az Sondakika.com-unistinadən xəbəri verir ki, bu barədə şirkətdən rəsmi açıqlama verilib.
Mağazaların iki həftəlik bağlanmasına qərar verilib.
“Apple”ın Çindən kənarda 460 mağazası var və onlardan ən çoxu - 270 ədədi ABŞ-dadır.
Açıqlamada bildirilir ki, şirkətin işçiləri evdən işləyəcək və hamısı maaşlarını alacaq.
“Apple”ın koronavirusdan ən çox zərər çəkən şirkətlərdən biri olduğu bildirilir.


İstifadəçi paneli