Hüquqsuz ANA qanun axtarışında.

15-04-2020, 00:01

Azərbaycan Respublikasının Prezidenti 

                                                         İlham Əliyev cənablarına

Azərbaycan Respublikasının Vitse Prezidenti

                                                         Mehriban xanım Əliyevaya

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinin rəisi

Cənab Əli Nagiyevə

Azərbaycan Respublikasının Baş Prokuroru

Cənab Zakir Qaralova

Azərbaycan Respublikasının Daxili İşlər Naziri

Cənab Vilayət Eyvazova

Bakı şəhəri, Yasamal rayonu, Z. Əhmədbəyov küç. Ev.32 (keçmiş Z.Əhmədbəyov.16) ünvanında yaşayan 

Abdullayeva Solmaz Zaur qızı prezident İlham Əliyevə və bütün dövlət qurumlarına müraciət ünvanlamışdır.

            Müraciətdə deyilir: "3 ildir ki, İnsan və Vətəndaş Hüquq və əsas azadlıqlarının bazisinə, mülkiyyət hüquqlarımıza qarşı törədilməkdə davam etdirilən işğalçılıq, mənəvi-psixoloji terror cinayətləri ilə bağlı, ölkəmizdə adı var olan Prokurorluq, Daxili İşlər Orqanlarına etdiyimiz yüzlərlə “şikayət” Rüşvət?-direktivlərin fonunda sabotaj edilir, bumeranq yaşatmaqdadır. 

            Milli və Beynəlxalq hüququn heç bir norma və prinsiplərin də Qanunların kimisinə işgəncə, kimisinə imtiyaz verməsi kimi müddəa mövcud deyil.

            De-fakto, 3 ildir ki, bu məkirli,mənəvi işgəncənin subyektinə çevrilmişik.

            Bilinsin ki, 2001-ci ildən başlayaraq, Z. Əhmədbəyov küçəsi 16, mənzil 4 ünvanındakı evimizin qonşuluğunda – 2 saylı mənzildə fironluq edən Hacıyeva Aytən Rafiq qızı təmir adı altında bilərəkdən və qəsdən hamamxanasından mütəmadi olaraq suyu buraxaraq, bütün mənzili yararsız vəziyyətə salması barədə Yasamal rayon icra hakimiyyətinə, Yasamal rayon Polis İdarəsinə, 102 çağrı xidmətinə etdiyimiz şikayətlər təsdiqini tapsa da, absurd “akt”lar tərtib etməklə işlərini bitmiş hesab etmişlər.

            Polis, Prokurorluq orqanlarının aciz satellitinə çevrildiyi Aytən Hacıyevanın eyni zamanda absurd-həyasız, yüyənsiz, yüngül həyat tərzi keçirmə düzənində şəxsi maraq güdmələri, cinayətkar Aytənin dərəbəylik vektorunu genişləndirməsinə səbəb olduğundan o, oğlu Kamalın vələdzinalığından bəhrələnərək yaşadığımız binanın qarşısında oğlumun saxladığı Toyota Prado markalı 10-VN-202 qeydiyyat nişanlı avtomobilin arxa sol tərəfinin şüşəsini sındırmaqla cinayət məcəlləsinin 186-cı maddəsində nəzərdə tutulmuş cinayəti törətmişdir.

            Cəzasızlıq, hami qoruyucularının arxalığından bəhrələnən Aytən Hacıyeva və vələdzinası fərari Kamal növbəti cinayət əməlini çox asanlıqla törədərək 24.05.2019-cu il tarixdə saat 21.00 radələrində oğlum ailəsi ilə birlikdə evdə olarkən Kamal mənzilin qarşısında nalayiq təhqiredici ifadələr işlədərək, qışqıra-qışqıra əlində bıçaq oğlumu təhdidlə bayıra çıxarmış və öldürəcəyilə hədələmişdir. Mən, oğlumun ailəsi və 2 azyaşlı uşağı hadisədən sarsıntı-stress keçirtdik. 

            Cinayət hadisəsi ilə bağlı dərhal 102 xidmətinə məlumat verildikdən sonra, polis əməkdaşları hadisə yerinə gələrək, bıçaqlı Kamalın barəsində tədbir görmək əvəzinə, onlara qalxıb anası Aytənlə laqqırtı vurmuşlar. 30.11.2019-cu il də daxil olmaqla, 2018-2019-cu il tarixlərdə bu cür cinayət hadisəsi on dəfələrlə təkrarlanmışdır.

            Vəziyyətdən zinhara gələn bina sakinləri kollektiv şəkildə Yasamal rayon 27-ci polis bölməsinə etdiyimiz şikayətlər nəticəsiz və tədbirsiz qalmışdır (yəqin Aytənin Səməd Seyidov tərəfindən hamilik edildiyi barədə açıqcasına dediyinə görə, belə çıxır ki, Səməd müəllim həm Aytənin oğlunun əsgərlikdən saxlanılması (fərariliyi), həm də törətdiyi bütün nalayiq işlərinin arxasında “dağ” kimi durmuşdur), belə ki, Aytənin oğlu Kamalın son dəfə işlətdiyi “Polis gəlib mənə nə edəcək ki??!!” sözləri Səməd müəllimin bu ailənin arxasında “dağ” kimi durmağı sübut olunur...??!!

            Ekspert rəyləri, şahid ifadələri, video görüntülər, qanunçuluq, təhlükəsiz yaşamaq hüququ, vətəndaş məmnunluğu – yüyənsiz, qədim peşə sahibinin istəklərinə fəda edilirsə?, əxlaqında, ruhunda, psixikasında çox ciddi problemləri olan paranomik çete hüquq-mühafizə orqanları üzərində dominantlıq edirsə, fundamental insan və vətəndaş hüquq və əsas azadlıqlarımızın bərqərar olunacağı ünvanı harada axtarmalıyıq? Hüquqlarımızın bərqərar olması üçün mütləq biz də əlimizə bıçaq alıb cinayət törətməliyik? 

            Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin olunması dövlətin Ali məqsədidir.

           Azərbaycan Respublikası Konstitusiyasının 31-ci maddəsinə əsasən, şəxsin həyatına, fiziki və mənəvi sağlamlığına, mülkiyyətinə, mənzilinə qəsd etmək, ona qarşı zor işlətmək qadağandır.

            Qanunun heç bir müddəalarında bildirilmir ki, əxlaqsızlar və vələdzınalar istisnadır.

            Dövlət vətəndaşın ortaq təsisatıdırsa, niyə eyni sistemin daxilində istismar edən və edilən var?

            Niyə mənim əmlakım, şəxsiyyətim, sağlamlığım, təhlükəsiz yaşamaq hüququm rüşvətin, diskriminasiyanın, paranomiyanın alətinə çevrilməlidir?

            Biz dövlətimizi, vətənimizi, xalqımızı çox sevirik. Prezidentimizə həmişə səs vermişik və dəstəkləmişik. Çox təəssüflər olsun ki, bizə qarşı törədilməkdə davam etdirilən sərhədsiz, insanlığa və şəxsiyyət əleyhinə, mülkiyyətimizə qarşı cinayətlər məhz dövlət adından, polis-prokurorluğun himayədarlığı ilə həyata keçirilir. 

            Anarxizm kontekstində, göstərilənləri, milli və beynəlxalq hüququn norma və prinsiplərini rəhbər tutaraq, 2018-2019-cu il tarixlərdə Ailə üzvlərimə, o cümlədən oğluma, azyaşlı nəvələrimə, mülkiyyətimizə qarşı, qonşuluqda işğalçılıqla məşğul olan Aytən Hacıyeva, oğlu fərari Kamalla birlikdə törətmiş olduqları cinayətlərə rüşvətsiz, diskriminasiyasız, hüquqi dövlətin məfkurəsinə uyğun və yaraşan şəkildə tədbirlər görməyi Sizdən xahiş edirik!"


P.S. Fakt üzrə paralel olaraq Bakı şəhəri, Yasamal rayon Məhkəməsində hakim Ayaz Məmmədovun sədrliyi ilə məhkəmə prosesi davam etdirilir

Mövzu diqqətimizdədir.


İstifadəçi paneli