ABŞ-dan Rusiyaya SANKSİYA HƏDƏSİ

7-12-2021, 11:11

Birləşmiş Ştatlar və onun avropalı müttəfiqləri Rusiya Federasiyasına - bir sıra kredit təşkilatlarına və Rusiyanın Birbaşa İnvestisiya Fonduna qarşı yönəlmiş yeni sanksiyaların tətbiqi imkanlarını nəzərdən keçirirlər.

ASmedia.az xəbər verir ki, bu barədə "Bloomberg" öz mənbələrinə istinadən xəbər verir ki, Rusiyanın Ukraynaya hücum niyyəti ilə bağlı hər hansı bir cəhd olarsa rublun konvertasiyasını məhdudlaşdıran bir vəziyyət yaranacaqdır. Qeyd olunur ki, Rusiyanın ən böyük banklarına Birbaşa İnvestisiya Fonduna qarşı tətbiq oluna biləcək sanksiyalar, ABŞ prezidenti Co Baydenin yeddi dekabrda rusiyalı həmkarı Vladimir ilə söhbəti zamanı danışa biləcəyi mümkün variantlardan biridir. Bütün bu məsələlərin fonunda Putin bildirib ki, onlar hesab edirlər ki, ən ciddi tədbir SWIFT-dən ayrılmaq olardı, lakin bu, Rusiya vətəndaşlarına ciddi zərbə vuracaq. Ona görə də məmurlar rublu dollara, avroya çevirmək imkanından məhrum olmağa daha çox meyillidirlər. Rusiya Federasiyası və ABŞ prezidentlərinin telekörpü formatında danışıqları Moskva vaxtı ilə saat 18:00-a planlaşdırılıb.

Son zamanlar Qərbdə və Ukraynada Rusiyanın Ukrayna ərazisinə guya mümkün “işğal”ı ilə bağlı daha çox bəyanatlar səslənir. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu cür məlumatları boş və əsassız gərginliyin artması adlandıraraq, Rusiyanın heç kim üçün təhlükə olmadığını vurğulayıb. Eyni zamanda, o, bu cür bəyanatlara haqq qazandırmaq üçün təxribatların mümkünlüyünü də istisna etməyib və Ukraynanın cənub-şərqində problemin güc yolu ilə həllinə cəhdlərin ən ağır nəticələrinin olacağı barədə xəbərdarlıq edib.


İstifadəçi paneli