Neft bahalaşıb

12-07-2023, 11:20

Dünya bazarı iştirakçıları ABŞ-da statistik məlumatların açıqlanmasını gözlədiyi bir vaxtda əmtəə birjalarında neft qiymətləri artıb.

Asmedia.az xəbər verir ki, “Brent” markalı neftin sentyabr fyuçersləri 0,14 % bahalaşaraq 1 barel üçün 79,51 ABŞ dolları təşkil edib.

WTI markalı neftin avqust fyuçerslərinin qiyməti isə 0,15 % artaraq 74,94 ABŞ dolları olub.


İstifadəçi paneli