Azərbaycanda pambığın məhsuldarlığı artıb

28-12-2019, 13:48

Azərbaycanda pambığın məhsuldarlığı 2018-ci illə müqayisədə 64,2 faiz artıb.
Bu barədə asmedia.az-a Kənd Təsərrüfatı Nazirliyindən bildiriblər.
Bu il noyabrın sonuna olan vəziyyətə görə, bir hektarda pambıq məhsuldarlığı 29 sentner təşkil edib. Bu göstərici ötən illə müqayisədə 11,4 sentner çoxdur:
“Nəzərə alsaq ki, pambıq yığımı davam edir, mövsümün sonunadək istehsal və məhsuldarlıq göstəricilərinin artması gözlənilir”.
Pambıq əkilən bütün rayonlarda məhsuldarlıq göstəricisi 2018-ci il üzrə orta məhsuldarlıq göstəricisindən yüksək olub.
2019-cu ildə pambığın əkin sahəsi 32,4 min hektar azalaraq 100,1 min hektar təşkil edib. Eyni zamanda noyabrın sonuna olan vəziyyətə görə, ölkədə 290,145 min xam pambıq istehsal olunub. Bu, 2018-ci ilin eyni dövrü ilə müqayisədə 74 min ton və 34,1 faiz çox, ümumilikdə 2018-ci illə müqayisədə 23,8 faiz çoxdur.


İstifadəçi paneli