Bakı sakinini evinin yaxınlığında döyərək ağır xəsarət yetiriblər

11-11-2019, 06:48

Bakının Suraxanı rayonu Suraxanı qəsəbəsində 45 yaşlı kişi döyülərək ağır xəsarət alıb.

Asmedia.az
APA-ya istinadən xəbər verir ki, 1974-cü il təvəllüdlü Muradov Elşən İbrahim oğlu yaşadığı evin yaxınlığında mübahisə zəminində döyülüb. Xəstəxanada müayinə zamanı onun qabırğasının sındığı müəyyən edilib.

Hazırda polis faktın təfərrüatlarını araşdırır.


İstifadəçi paneli