Türkiyədə fahişəlik edən azərbaycanlı deport olundu

31-12-2019, 15:08

Türkiyənin Sakarya bölgəsində fahişəliklə məşğul olan azərbaycanlı deportasiya olunub. 
Asmedia.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 24 yaşlı Maqsud H. Serdivan ilçəsində aparılan əməliyyat zamanı saxlanılıb.  Hüquq-mühafizə orqanları tərəfindən araşdırılan həmyerlimiz Türkiyədən xaric edilib. 
Əməliyyat zamanı onunla birgə 44 yaşlı N. A, 43 yaşlı G. B, 29 yaşlı H. Y, 36 yaşlı G. A  və onlarla pul qarşılığında münasibətdə olan 5 kişi polis bölməsinə aparılıb. 


İstifadəçi paneli