Balakəndə 200 kq xurma yanıb

3-01-2020, 20:26

Balakəndə yanğın hadisəsi baş verib.
Asmedia.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, rayonun Qullar kəndində ümumi sahəsi 12 m² olan taxta konstruksiyalardan ibarət köməkçi tikili və içərisində 200 kq qurudulmuş xurma yanıb.
Yaxınlıqdakı tövlə yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


İstifadəçi paneli