Şəkidə 4 otaqlı ev yanıb

31-12-2019, 16:03

Şəki şəhərində 4 otaqlı ev yanıb.
Fövqəladə Hallar Nazirliyindən asmedia.az-a verilən məlumata görə, şəhərin Kiş kəndində ümumi sahəsi 350 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


İstifadəçi paneli