Yasamalda 30 yaşlı gənc bıçaqlanıb

16-01-2020, 22:16

Yasamal rayonunda mübahisə zəmnində bıçaqlanma hadisəsi baş verib.  
Asmedia.az oxu.az-a istinadən xəbər verir ki, hadisə “Elmlər Akademiyası” metrostansiyasının yaxınlığında qeydə alınıb.  
1990-cı il təvəllüdlü Atayev Nurlan Vəlafət oğlu naməlum şəxslə mübahisə edib.  
Bu zaman o, ağır bıçaq xəsarətləri alıb.  
Yaralı 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.  
Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.  


İstifadəçi paneli