3 kiloqramdan çox narkotik maddə aşkar edildi

29-02-2020, 17:34

Sabirabad sakinindən külli miqdarda narkotik maddə aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Qaratəpə kənd sakini, əvvəllər məhkum olunmuş Ə. Vəliyevin həyətyanı sahəsindən 3 kiloqramdan artıq marixuana, istixanasından isə kultivasiya yolu ilə yetişdirilmiş 2 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.


İstifadəçi paneli