Yenidən məhkəmə qarşısında ...

6-03-2020, 20:09

Siyəzən rayonunda qətl törətməkdə təqsirləndirilən Asim Əbdülovun barəsində olan hökmdən kassasiya şikayəti verilib.
xəbər verir ki, Ali Məhkəməyə müraciət edən məhkum cəzasının yüngülləşdirilməsini istəyir.
Şikayət hakim Tahir Kazımovun icraatına verilib.
Məhkəmənin vaxtı hələlik açıqlanmayıb.
Qeyd edək ki, hadisə ötən il fevralın 11-də Siyəzən rayonundakı qəbiristanlıqların birində baş verib. A.Əbdülov həmyerlisi Elşən Qədirlini öldürməkdə təqsirləndirilir.
İttihama görə, mərhum E.Qədirli A.Əbdülovun həyat yoldaşını bir neçə dəfə narahat edib. E.Qədirli A.Əbdülovun evinin həyətinə gələrək, onun xanımına sataşıb. Bir neçə il sonra A.Əbdülovun xanımı olanları həyat yoldaşından gizlədə bilməyib və hər şeyi ərinə danışıb. A.Əbdülov bunları bildikdən bir gün sonra E.Qədirli ilə görüşüb və aralarında yaranmış mübahisə zamanı onu qətlə yetirib.
A.Əbdülov elan olunmuş ittihamla özünü qismən təqsirli bilib. Ali təhsilli mühəndis olduğunu deyən təqsirləndirilən şəxs bildirib ki, əvvəldən E.Qədirlini öldürmək niyyəti olmayıb:
“Düşünürdüm ki, belə bir şeyin olduğunu inkar edəcək. Amma mənə dedi ki, bir də olmaz. Bu söz məni özümdən çıxardı. O, etdiklərini etiraf etdi. Maşını qəbiristanlığa sürdüm. Orada mübahisə edəndə silahı çıxarıb onu bir dəfə vurdum”.
A.Əbdülova qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Əbdülov 13 il müddətinə azadlıqdan məhrum edilib.


İstifadəçi paneli