Bakıda narkotacirdən silah götürülüb.

10-04-2020, 13:58

Bakıda narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən ASMEDİA.AZ-a verilən xəbərə görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında  keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini N.Əmircanov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 25 qramdan artıq tiryək və 6 qramdan artıq marixuana götürülüb.
Ətrafında aparılmış tədbirlərlə onun Səbail rayonu ərazisindəki mənzilindən 295 qrama yaxın tiryək, 3 kiloqram 785 qram marixuana və “”Reck Perfecta” markalı qaz tapançası aşkar ediliərək götürülüb.
Araşdırma aparılır.


İstifadəçi paneli