Bakıda oğul atasını bıçaqlayıb

6-06-2020, 20:13

Bakıda oğul atasını bıçaqlayıb.
ASMEDİA.AZ-ın xəbərinə görə, hadisə Binəqədi rayonu, 9-cu mikrorayon adlanan ərazidə qeydə alınıb.
 Rayon sakini Əsgərov Şahlar Abulhəsən oğlu mübahisə zəminində oğlu tərəfindən bıçaqlanıb.
Yaralı təcili yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.


İstifadəçi paneli