Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsində (AİHM) salahiyyətli nümayəndəsi, Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin sektor müdiri Çingiz Əsgərov Prezident İlham Əliyev tərəfindən Ali Məhkəmənin hakimi təyin edilməsi üçün Milli Məclisə təqdimat göndərilməsinə münasibət bildirib.
ASMEDİA.AZ-ın “Ali Məhkəmənin hakimi Azərbaycanın Avropa Məhkəməsində salahiyyətlinümayəndəsi ola bilərmi” sualına cavab olaraq Ç. Əsgərov deyib ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin edilir.
Ç. Əsgərov qeyd edib ki, səlahiyyətli nümayəndənin vəzifədən azad edilməsi də Azərbaycan Respublikası Prezidentinin səlahiyyətindədir.
Qeyd edək ki, Ç. Əsgərov təqdimata əsasən, Milli Məclisə tərəfindən Ali Məhkəmənin hakimi təyin edildikdən sonra qanunvericiliyə uyğun olaraq icra strukturunda vəzifə tuta bilməz. Başqa sözlə, Ç. Əsgərov Ali Məhkəmənin hakimi təyin edildikdən sonra Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin sektor müdiri vəzifəsini tutmayacaq.
Xatırladaq ki, Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) müvafiq hüquqi sənədlərinə və Azərbaycan qanunvericiliyinə görə Ali Məhkəmənin hakiminin AİHM-də salahiyyətlinümayəndə kimi qalması ilə bağlı qadağa yoxdur.